Məntiq və intuisiyaya əsaslanmış əyləncəli komanda oyunu.
Hər həftənin üçüncü günü!
Telefon
+994 50 215 65 00
2010-cu ildən etibarən dövlət və özəl sektora daxil şirkət və qürumlar üçün müxtəlif formatlı tədbirlər təşkil edirik. Bunlara Beynəlxalq Festivallar, Avropada keçirilən tədbirlər, Bakıda və Azərbaycanın müxtəlif rayon və regionlarında müştərilərimiz üçün keçirdiyimiz timbildinq və digər intellektual-əyləncəli tədbirlər, klub formatlı hər həftə keçirilən mütəmadi oyunları misal göstərmək olar. Komandamızın üzvləri “Nə? Harada? Nə zaman?” elitar klubunda çıxış edir, o cümlədən, “Milyonların şousu”, “Breyn Rinq” və “61!” televiziya oyunlarının redaktorlarıdır.
Dünyanın ən yaxşı sual müəllifləri tərəfindən xüsusilə bizim oyun üçün tərtib olunan suallar aparıcılarımız tərəfindən oxunur, eyni zamanda bütün suallar məkandakı monitorlarda nümayiş olunur. Oyun zamanı komandalar yeyib-içir, əylənir, suallara cavab verir. Sonda ən çox xal yığmış komanda qalib gəlir.
Oyunun müddəti (saat)
Founder & CEO
Leads the overall vision and strategy of the agency. Oversees planning, execution, and client satisfaction for all events.
Managing Director
Leads the overall vision and strategy of the agency. Oversees planning, execution, and client satisfaction for all events.
Lead Event Planner
Leads the overall vision and strategy of the agency. Oversees planning, execution, and client satisfaction for all events.
Client Relationship Manager
Leads the overall vision and strategy of the agency. Oversees planning, execution, and client satisfaction for all events.
Client Relationship Manager
Client Relationship Manager
Leads the overall vision and strategy of the agency. Oversees planning, execution, and client satisfaction for all events.
Aparıcı, apelyasiya komissiyasının üzvü
“NƏ? HARADA? NƏ ZAMAN?” elitar klubunda komanda kapitanı
Redaktor, jüri, apelyasiya komissiyasının üzvü
“Breyn Rinq” və “61!” televiziya oyunlarının redaktoru
Redaktor, jüri, apelyasiya komissiyasının üzvü
“NƏ? HARADA? NƏ ZAMAN?” elitar klubunun üzvü, “Milyonların şousu” televiziya oyununun redaktoru
Müstəqil texniki məsləhətçi
Admin
İlk sərnişin təyyarələrində rahatlıq və təhlükəsizlik anlayışı indikilərdən fərqlənirdi. Sərnişinlərdən biri danışır ki, onlara içində su olan stəkan paylayırdılar. Bir sözlə deyin, onlar bu stəkanlardan nə kimi istifadə edirdilər?
Həm Viktoriya Çilye, həm Ceyms Bul, həm də Maykl Holmsla bir dəfə BU BAŞ VERMİŞDİ. Sadalanan adamlar bəxtəvərdir. Köməklərinə böyürtkən kolları, şumlanmış sahə və hündür qar çatmışdı. Bəs onlarla NƏ BAŞ VERMİŞDİ?
Suitilərin baş və quyruq ətrafında piy qatı daha nazikdir. Buz üzərində uzanan suitilər BU pozasını almağı xoşlayırlar. BUNDA ortalama yüz kalori olur. BUNU saitləri eyni olan sözlə deyin.
Gördüyünüz şəkildə nə reklam olunur?
Məqalələrin birində futbol hakimi Tofiq Bəhramov “Əfsanəvi O” adlandırılıb. “ONLAR” – 1997-ci il filminin adıdır. ONLARIN kim olduğunu üç sözlə deyin.
Oyunlarımız hər həftənin 3-cü günü, Nərimanov metrosunun yaxınlığında, Nazim Hacıyev, 20 ünvanında yerləşən “Rustaveli” restoranında keçirilir və 20:00-da başlayır.
Oyunlara qeydiyyat hər həftənin 6-cı günü, saat 13:00-da, bizim Facebook səhifəmizdə açılır. Qeydiyyatdan keçmək üçün gambit.az Facebook səhifəsinə daxil olmaq, “Qeydiyyat açıqdır” postunun altından şərhlərdə komandanızın adınız yazmaq, sonra isə Messenger vasitəsilə bizə müraciət etmək lazımdır. Yerlər məhduddur və qeydiyyatdan keçmiş ilk 32 komanda oyuna qatıla biləcək.
Təəssüf ki, bizim oyunlara yalnız komanda şəklində qatılmaq olur. Biz komandaların heyətlərini əvvəlcədən bilmirik və bu səbəbdən təəssüf ki, heç bir iştirakçıya komanda tapmağa kömək edə bilmirik ((
Bir komandada maksimal iştirakçı sayı 6 nəfər ola bilər. Bir mövsüm ərzində hər komanda yalnız bir dəfə 7 nəfərlə oynaya bilər. Amma bu zaman 7-ci iştirakçı üçün 40 manat dəyərində əlavə ödəniş olunmalıdır. Ödənilmiş məbləğ xeyriyyəyə yönləndirilir.
Oyunlarımız eyni zamanda Azərbaycan və rus dillərində keçirilir.
Hər oyunumuzda qalib komandalara hədiyyələr verilir. Əgər siz də öz məhsul və ya xidmətinizi daha çox tanıtmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.
Bizə yazın. Sizi çox gözlətməyəcəyik.
GAMBIT
Adətən bir neçə dəqiqə ərzində cavab veririk
Bizə yazdığınız üçün təşəkkür edirik.
WhatsApp ilə yazın
dscdsc
Bizə yazın