GAMBIT – filiallar, departamentlər, şöbələr və ya sadəcə olaraq şirkətinizin əməkdaşları arasında keçirilən əyləncəli məntiq oyunudur.
Məqsəd – komanda oyunu və birgə müzakirə sayəsində əməkdaşlar arasında daha sıx əlaqələrin yaranmasını təmin etməkdir.
İştirakçılar komandalara bölünür. Aparıcı sualları oxuyur, eyni zamanda suallar məkandakı monitorlarda nümayiş olunur. Hər raundun qaydası və mövzusu fərqlidir. Məsələn, kino, musiqi və s.
Hər masanın üzərində cavab blankları olur. Komandalar cavabları bu blanklara doldurur və hər raundun sonunda biz yaxınlaşıb komandalardan blankları toplayırıq. Oyunun sonuna kimi ən çox doğru cavab vermiş komanda qalib gəlir. İlk üç yeri tutmuş komanda mükafatlandırılır. Sifarişçinin tələbi ilə əlavə hədiyyələr də təşkil etmək olur.
Hər komanda 6-8 nəfərdən ibarət olur. Oyun 2-3 saat davam edir və 7 raunddan ibarətdir.
Bizim oyunlarda iştirak etmək üçün heç bir bilik və hazırlıq tələb olunmur. Peşəsindən, vəzifəsindən, yaşından asılı olmayaraq hər kəs rahatlıqla bizim oyunlara qatıla bilir. Oyun zamanı komandalar yeyib-içə, ünsiyyət qura və sevinclərini bölüşə bilirlər.
Sadə “team building”lərdən tutmuş ən ciddi tədbirlərədək – istənilən formatlı tədbiri və ya onun bir hissəsini əyləncəyə çevirə bilirik. Bundan başqa, peşəkar redaktorlarımız sayəsində istənilən mövzuya aid maraqlı suallarla bütün tədbirlərə rahatlıqla inteqrasiya oluna bilirik. Özü də, qonaq sayından asılı olmayaraq. İstər 30 nəfər üçün, istər 1000 nəfər üçün.
Siz sadəcə müraciət edin. Təşkilatçılıqda sizə istənilən yardımı göstərərik!
GAMBIT
Adətən bir neçə dəqiqə ərzində cavab veririk
Bizə yazdığınız üçün təşəkkür edirik.
WhatsApp ilə yazın
dscdsc
Bizə yazın