GAMBIT – əyləncəli komanda oyundur. İştirakçılar komanda şəklində yarışaraq aparıcılarımız tərəfindən təqdim olunan sualları cavablandırır.
Tamamilə fərqli mövzularda tərtib olunmuş suallar aparıcılar tərəfindən oxunur, eyni zamanda məkandakı ekran və monitorlarda əks olunur. Oyunun nəticəsinə görə daha çox doğru cavab təqdim etmiş komanda qalib hesab olunur. Oyunda ilk üç yeri tutmuş komandalara diplom və partnyorlarımız tərəfindən təqdim olunan müxtəlif hədiyyələr təqdim olunur.
Hər raundun qaydası və mövzusu fərqlidir. Məsələn, kino, musiqi və s.
Hər masanın üzərində cavab blankları olur. Komandalar cavabları bu blanklara doldurur və hər raundun sonunda biz yaxınlaşıb komandalardan blankları toplayırıq.
Oyuna yalnız komanda şəklində qatılmaq olar. Hər komanda əvvəlcədən seçdiyi masada əyləşir. Oyun zamanı iştirakçılar menyudan rahatlıqla yemək sifariş edə bilirlər.
Keçirilmə yeri:
“Rustaveli” restoranı (Nazim Hacıyev, 20)
Keçirildiyi gün:
hər çərşənbə günü (həftənin üçüncü günləri)
Başlama vaxtı:
20:00 (ən azı yarım saat öncə gəlməyi tövsiyə edirik)
Oyunun müddəti:
2.5 - 3 saat
Raundların sayı:
7
İştirakçı sayı:
hər komandada 6 nəfər (maksimum)
Oyunun dili:
Azərbaycan / rus (eyni anda iki dildə)
GAMBIT
Adətən bir neçə dəqiqə ərzində cavab veririk
Bizə yazdığınız üçün təşəkkür edirik.
WhatsApp ilə yazın
dscdsc
Bizə yazın