FAQ
Qeydiyyatdan necə keçə bilərəm?
Oyunlara qeydiyyat hər həftənin 6-cı günü, saat 13:00-da, bizim Facebook səhifəmizdə açılır. Qeydiyyatdan keçmək üçün bizə yazın Messenger, Instagram və ya WhatsApp vasitəsilə yazın və biz sizi yönləndirərik. Yerlər məhduddur və qeydiyyatdan keçmiş 32 komanda oyuna qatıla biləcək.
Oyunlar harada və nə vaxt keçirilir?
Oyunlarımız hər həftənin 3-cü günü, Nərimanov metrosunun yaxınlığında, Nazim Hacıyev, 20 ünvanında yerləşən Rustaveli restoranında keçirilir. Komandaların toplaşma vaxtı saat 19:30, oyunun başlama vaxtı 20:00.
Suallar hansı çətinlikdə olur?
Suallar elementar baza bilikləri əsasında hazırlanır və məntiq üzərində qurulur. Sadəcə olaraq aktiv və düzgün müzakirə etməklə sualların əksəriyyətini tapmaq mümkündür. Bizim oyunlarda oynamaq üçün xüsusi bilik bazasına yiyələnməyə ehtiyac yoxdur.
Komandam yoxdursa nə edə bilərəm?
Təəssüf ki, bizim oyunlara yalnız komanda şəklində qatılmaq olur. Biz komandaların heyətlərini əvvəlcədən bilmirik və bu səbəbdən təəssüf ki, heç bir iştirakçıya komanda tapmağa kömək edə bilmirik.
Biz 6 nəfərdən çoxuq. Nə edək?
Bir komandada maksimal iştirakçı sayı 6 nəfər ola bilər. Əgər sizin komanda 6 nəfərdən çoxdursa, bu zaman ya iki komandaya bölünməli, ya da turnir cədvəlindən kənar oynamalısınız, yəni oyun zamanı topladığınız xallar hesablanmayacaqdır.
Oyuna uşaqla gəlmək olarmı?
Bəli, amma 14 yaşdan yuxarı hər kəs iştirakçı hesab olunur.
Oyun zamanı yeyib-içmək olarmı?
Oyun zamanı yeyib-içmək nəinki olar, hətta lazımdır. Bütün oyun müddətində restoranın menyusundan istədiyinizi sifariş edə bilərsiniz.
Oyunlar hansı dildə keçirilir?
Oyunlarımız eyni zamanda Azərbaycan və rus dillərində keçirilir.
Oyun neçə saat davam edir?
Adətən oyunlarımız 2.5 – 3 saat davam edir.
Oyunun ödənişi nə qədərdir?
Bir oyunun ödənişi komanda üzrə 100 manatdır. Bundan başqa restoranda hər komanda üzrə 60 manat məbləğində masa depoziti var. Başqa sözlə desək, hər komanda oyun ərzində restoran menyusundan ən azı 60 manatlıq sifariş etməlidir.
Oyun zamanı masa seçimi etmək olurmu?
Komandalar qeydiyyatdan keçərkən özünə masa seçə bilir. Bu səbəbdən daha tez qeydiyyatdan keçmiş komandanın masa seçməkdə daha böyük seçimi olur.
Oyunda kimlər iştirak edə bilər?
Oyunda hər kəs iştirak edə bilər. Yalnız təcrübəli oyunçu limiti mövcuddur. Yəni, oyunlarımız həvəskarlar üçün nəzərdə tutulduğundan, hər komandada yalnız iki təcrübəli oyunçunun iştirakına icazə verilir.
“Təcrübəli oyunçu” anlayışının açıqlamasını Oyun Qaydalarında tapa bilərsiniz.
Abunə kartı nədir?
Oyunlarımız mövsümlərə bölünür hər mövsüm 10-13 oyundan ibarət olur. Hər mövsümün əvvəlində komanda üçün abunəlik kartı əldə etmək olur. Bu kart sizə hər oyuna avtomatik qeydiyyat və mövsüm sonuna kimi istədiyiniz masanı seçmək kimi üstünlüklər verir.
