Korporativ Gambit

GAMBIT – şirkətinizin əməkdaşları arasında keçirilən intellektual və çox əyləncəli oyundur. Filiallar, departamentlər, şöbələr və ya təsadüfi formatda yaradılmış komandalar arasında keçirilir.

OYUN HAQQINDA:
Əksər hallarda komandalar sifarişçi tərəfindən əvvəlcədən bölüşdürülür. Belə olmayanda, ilk olaraq iştirakçıları komandalara bolür və masalar üzrə əyləşdiririk. Banket və ya tədbir zamanı keçirilən oyunlarımızda isə daha rahat olur: hər bir masa artıq hazır komanda şəklində bölüşdürülmüş olur.
Suallar Məşədi İbaddan tutmuş İlon Maskın peykə göndərəcəyi aparata qədər – tamamilə fərqli mövzularda tərtib olunur (sualların mövzusu və çətinlik dərəcəsi də sifarişçinin istəyinə uyğun dəyişə bilir).
BİZİM OYUNLARI KİM OYNAYA BİLƏR?
Bizim oyunlarda iştirak etmək üçün heç bir hazırlıq tələb olunmur. Peşəsindən, vəzifəsindən, yaşından asılı olmayaraq hər kəs rahatlıqla bizim oyunlara qatıla bilir. Oyun zamanı komandalar yeyib-içə, ünsiyyət qura və sevinclərini bölüşə bilirlər.
XİDMƏTLƏRİMİZ:
Şirkətlərin öz əməkdaşları üçün təşkil etdikləri “team building”lərdən tutmuş ən ciddi tədbirlərədək – istənilən formatlı tədbiri və ya onun bir hissəsini yerindən və vaxtından asılı olmayaraq əyləncəyə çevirə bilirik. Bundan başqa, peşəkar redaktorlarımız sayəsində istənilən mövzuya aid maraqlı və intellektual suallarla demək olar ki, bütün mövzulara aid keçirilən tədbirlərə rahatlıqla qatıla bilirik. Özü də, qonaq sayından asılı olmayaraq. İstər 30 nəfər üçün, istər 1000 nəfər üçün.
Bu hələ harasıdır?
Biz oyunun formatını sifarişçinin tələbinə uyğunlaşdıra bilərik. Məsələn, sadə raundlu maraqlı suallardan ibarət viktorina şəklində və ya nisbətən çətin və rəsmi şəkildə “Nə? Harada? Nə zaman?” formatında yarış və s.
Sifarişçinin fəaliyyət istiqamətinə və keçiriləcək tədbirin mövzusuna dair tematik suallar hazırlaya bilərik. Oyun həm Azərbaycan, həm də rus dillərində keçirilir. Sifarişçinin tələbi ilə ingilis dilində də oyunlar təşkil edirik.


OYUN NECƏ KEÇİR?
Hər komanda 6-8 nəfərdən ibarət olur. Oyun 2-3 saat davam edir və 7 raunddan ibarətdir. Aparıcı sualları oxuyur, eyni zamanda suallar məkandakı monitorlarda nümayiş olunur. Hər raundun qaydası və mövzusu fərqlidir. Məsələn, kino, musiqi və s.
Hər masanın üzərində cavab blankları olur. Komandalar cavabları bu blanklara doldurur və hər raundun sonunda biz yaxınlaşıb komandalardan blankları toplayırıq. Oyunun sonuna kimi ən çox doğru cavab vermiş komanda qalib gəlir. İlk üç yeri tutmuş komandalar mükafatlandırılır. Sifarişçinin tələbi ilə əlavə hədiyyələr də təşkil etmək olur.
Siz sadəcə müraciət edin. Təşkilatçılıqda sizə istənilən yardımı göstərərik!





















