Oyunlar

Məşədi İbaddan tutmuş İlon Maskın peykə göndərəcəyi aparata qədər – tamamilə fərqli mövzularda tərtib olunmuş suallar aparıcılar tərəfindən oxunur, eyni zamanda məkandakı ekran və monitorlarda əks olunur. Oyunun nəticəsinə görə daha çox doğru cavab təqdim etmiş komanda qalib hesab olunur. Oyunda ilk üç yeri tutmuş komandalara diplom və partnyorlarımız tərəfindən təqdim olunan müxtəlif hədiyyələr təqdim olunur.
Oyuna yalnız komanda şəklində qatılmaq olar. Hər komanda əvvəlcədən seçdiyi masada əyləşir. Oyun zamanı iştirakçılar menyudan rahatlıqla yemək sifariş edə bilirlər.

OYUN NECƏ KEÇİR?
Hər komanda 6 nəfərdən ibarət olur. Oyun 2-3 saat davam edir və 7 raunddan ibarətdir. Hər raundun qaydası və mövzusu fərqlidir. Məsələn, kino, musiqi və s.
Hər masanın üzərində cavab blankları olur. Komandalar cavabları bu blanklara doldurur və hər raundun sonunda biz yaxınlaşıb komandalardan blankları toplayırıq.

Oyunlarımız çox əyləncəli keçir!

Başınıza OYUN açacağıq!

– Əlaqə

Bizimlə əlaqə saxlayın!

Telefon Nömrəsi

+994 50 215 65 00